Arxiv
11 Oktyabr 2021, 16:41 | PARLAMENT
Tahir Kərimli də 18 Oktyabrın qeyri-iş günü olmasını təklif etdi

“Ümid edirəm ki, Nazirlər Kabineti 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyri-iş günü olması barədə qərar qəbul edəcək”.

 

Modern.az xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

 

Deputat xatırladıb ki, 1991-ci ilin 18 oktyabrında "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul olunması əslində dövlət müstəqilliyinin bərpasıdır:

 

"O vaxt hazırlanma prosesində tələskənlik olduğundan ad düzgün ifadə olunmayıb. Əslində, 30 avqust tarixində biz "Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamə" qəbul etmişdik. Yəni, Müstəqilliyin Bərpası Günü hələ 1991-ci ildə qəbul olunmuş bəyannamədir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv