İranda yaşayan və İran zülmünə etiraz edən azərbaycanlılara qarşı təzyiqlər davam edir.
Cənubi Azərbaycandan olan şair Çalğın Məhəmməd Modern.az-a İran hakimiyyətinə etiraz edən bəzi ədəbiyyat nümayəndələrinin hətta həbs təhlükəsi ilə üzləşdiyini söyləyib. O bildirib ki, fars rejimi hər zamankı kimi azərbaycanlıların haqqını tanımır:
"Həbs təhlükəsi bizdə hər zaman olur. Bəzən az, bəzən birdən çox adamlar tutulur.
Hakimiyyətin qanunsuz əməllərinə qarşı ədəbiyyat da mübarizə aparır, şeirlər yazılır. Mübariz şairlər çoxdu. Müstəqim, ya da qeyri-müstəqim yazırlar. Məsələn, mən "İstanbul" şeirimdə son hadisələrə, fars istismarına toxunmuşam. Amma bizim kimilərin sayı azdır. Yazanların kitabları İranda dərc olunmur. Elə mənim də kitablarıma İranda icazə verilməyib. Şeirlərim xarici radio və digər ədəbiyyat platformalarında səsləndirilir, dərc edilir. İran zülmünə etiraz edən ədəbiyyatçılar hakimiyyət tərəfindən kənarda saxlanılır".
***
İSTANBUL
1
Gözlərin nədən qızarmış İSTANBUL
Yenə başının üstündəki buludları kim qurban kəsmiş?
Mən dənizdən qaçmış bir sahiləm
Küləklərinə söylərsən Taksim meydanına bu gün əsməsin
Mənim MƏLTƏM adında xanımla bir görüşüm var
2
Gözlərin TƏBRİZdi
Məqbərəsində şairlər sığışmışlar
Ayaqların ALMATIdı
Xəzərdən uzanıb PEKİNə doğru
Və əllərin QARABAĞdı
QARABAĞı yaman qurtardın KİM KARDAŞİYANlardan İSTANBUL
3
Fotoqrafın xəyalımdan ətir kimi uçur
GALATA körpüsündən özümü açdım
Qaç!!
Bir cüt qol sənə dırnaq arası açılıb
Vuracaqsansa vur, yubatma
Məni öldürəcəksən, özün öldür məni satma
Bu alverçilərin tərəzisi ağılı çəkmir İSTANBUL
4
mənim silahla nə işim var?
Mən çiçəkləri sevirəm İSTANBUL
Mənim qəfəslə nə işim var?
Mən azadlığı sevirəm İSTANBUL
Mənim meçidlə nə işim var?
Mən uşaqları sevirəm İSTANBUL
Uşaqları-azadlığı-çiçəkləri
ORTAKÖY meydanına toplayın bu axşam çağı
Bərabər rəqs edəcəyik
Və göstərəcəyik həyatın nə qədər gözəl olduğunu
İSTANBUL kimi
5
Mühəndis deyiləm İSTANBUL
Sənə bir yol çəkim
Sən özün yolsan
Mason deyiləm İSTANBUL
Sənə bir qol çəkim
Sən özün qolsan
Tənhalığımdan kölgəmnən danışıram axşam üstləri
Mənə bir yol çək
Mənə bir qol çək
Qurtarım bu fars faşistlərin istismarından
6
Sən kimsən İSTANBUL?
Ağırsan dağ kimi
Yüngülsən yapraq kimi
Suçların özündən böyükdür
Məsumsan uşaq kimi
Bu şeirimdən dişarı çıx lütfən
Dişarı çıx ciblərimdən
Paltomdan
Çantamdan
Qələmimdən dişarı çıx lütfən
Nə gözlərinin öyrəncisiyəm
Nə də səsinin məzunu
Sən mənə vəhy olubsan İSTANBUL
Bir axşam üstü
7
İllər boyu ürəyimdə oturdun
-kirayə vermədən
İllər boyu gözlərimə soxuldun
-məni görmədən
Gözlərinə söylərsən məni imtahana çəkməsinlər
-təhsili çoxdan buraxmışam
Gör dəliliyimi hara çatdırıbdır gözlərin
Məcnun mənə təmkinli ol söyləyir
Və bu qədər dedi-qududan dolayı
Təkrar səni sevirəm İSTANBUL
Bu sənin suçun deyil
Məni aşiq yaratmışlar
8
Gözyaşlarım maviləşib
Göylərə baxıb ağlamaqdan
Gözyaşlarım altınlaşıb
Ulduzlara baxıb ağlamaqdan
Buraxın!
Genralları döyüşlərə getsinlər
Məcnunlar dağlara
Və sizlər...
Sizlər universtetlərə doğru
Mənə bir az kəlimə verin
Bir az şeir
Mən İSTANBULa doğru getmək istəyirəm
İSTANBULa doğru
9
Min dördyüz əlli üçüncü ilin mayıs ayının iyirmi doqquzunda
MEHMET FATİH səni ordusuyla fəth etdi
Və beş yüz altmış səkkiz il sonra
Yəni..
İki min yirmi birinci ilin ekim ayının üçüncü günü
MEHMET ÇALĞIN səni şeirlə fəth etdi
Bu iki zəfəri sırğa kimi qulaqlarından as
Və unutma ki ...
Səni yalnız MEHMETlər fəth edə bilir İSTANBUL.
"Çalğın Məhəmməd"