Arxiv
11 Oktyabr 2021, 17:18 | MEDİA
Elnur Əşrəfoğlunu ECMO-dan ayırdılar

Tanınmış jurnalist Elnur Əşrəfoğlunu ECMO cihazından ayırıblar.

 

Bu barədə “Yeni Klinika”dan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, jurnalistin vəziyyəti ağır, kritik olaraq, qalır, ağciyərləri funksional deyil.  Eyni zamanda, xəstəyə bütün lazımi dəstək göstərildiyi vurğulanıb.

 

Jurnalistin ECMO-dan ayrılması onun qanaxmalarının yenidən başlaması ilə əlaqələndirilib.

 

 

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanan jurnalistin vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Onun anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv