Modern.az

Qorxmaz Hüseynov HARALARDADIR…

Qorxmaz Hüseynov HARALARDADIR…

12 Oktyabr 2021, 07:14

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Qorxmaz Hüseynovu yəqin ki xatırlayırsınız?

Qorxmaz müəllim indi haralardadır?


Modern.az-ın əməkdaşı Qorxmaz Hüseynova yaxın mənbələrdən keçmiş sədrin harada olduğunu dəqiqləşdirməyə çalışıb.

Bildirilib ki, Qorxmaz Hüseynov hazırda işsizdir, evində dincəlir.

Qeyri-rəsmi mənbələrdən verilən məlumatda isə Q.Hüseynovun biznes obyektlərinin olduğu və hazırda onların idarə edilməsini həyata keçirdiyi bildirilir.


Xatırladaq ki, Qorxmaz Hüseynov ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

O, “Azərsu” ASC-nin sədri vəzifəsində 2011-ci ilin fevral ayından işləyirdi.

Q.Hüseynov 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub.

1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub.

1983- 85-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

1989-cu ildə Neft və Kimya İnstitutunu, 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə “Neft daşları”  NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə “28 May”  NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi vəzifələrində çalışıb.

1995-1997-ci illərdə “Qum adası” NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi vəzifəsində çalışıb.

1997- 2003-cü illərdə “Xəzərdənizneftqaztikinti” trestinin müdir müavini, 2003-2006-cı illərdə müdiri işləyib.

2006- 2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi olub.

2008-2011-ci illərdə ARDNŞ-nın sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə irəli çəkilib.

Prezidentin 16 fevral 2011-ci il tarixli sərəncamı ilə “Azərsu” ASC-nin sədri vəzifəsinə təyin olunmuşdu.

Ailəlidir, iki övladı var.


A.Qorxmaz

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır