Modern.az

Gürcü siyasətçi: “Türk, müsəlman olmağa razıyıq, təki Rusiya bura gəlməsin”

Gürcü siyasətçi: “Türk, müsəlman olmağa razıyıq, təki Rusiya bura gəlməsin”

Dünya

12 Oktyabr 2021, 11:17

Gürcüstan Mühafizəkarlar Partiyasının sədrlərindən biri Kaxa Kukava sərt açıqlamalar verib.

 

Modern.az Rusiyanın “Komsomolskaya Pravda” qəzetinə istinadən xəbər verir ki, siyasətçi Rusiyanın Gürcüstan siyasətini sərt tənqid edib və Türkiyəni bu baxımdan üstün sayıb.

“Türkiyə bütün işlərə qarışan güclü sərhəd ölkəsidir. Bəli, bizə müsəlman aqressiyası xoş gəlmir, amma gürcülərin 90%-i bunun rus tanklarından yaxşı olduğunu düşünür. Hazırkı vəziyyətdə biz türk istilasını seçirik. Türk, müsəlman olmağa hazırıq, təki Rusiya burada olmasın. Türkiyə bizi öldürmür, Rusiya isə abxaz və osetinlərin əli ilə nəzarət etdiyi ərazilərdən bizi öldürür”.

 

Partiya sədri Qarabağdakı son müharibəyə də toxunub.

“Siz, ruslar bizdən diz çökməyi istəyirsiniz! Bugünlü Rusiya siyasətini məqbul sayan bircə gürcü siyasətçi də tapa bilməzsiniz. Sonuncu müharibə isə kimin, Ərdoğanın yoxsa, Putinin müttəfiq kimi daha etibarlı olduğunu ortaya qoydu. Ermənistan Rusiyaya, Azərbaycan isə Türkiyəyə ümid etdi. Nəticə Ermənistanın xeyrinə olmadı”-, deyə Kukava sonda əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?