Arxiv
12 Oktyabr 2021, 11:54 | PARLAMENT
“Müstəqillik günü haqqında” qanun layihəsi 2-ci oxunuşdan da keçdi

“Müstəqillik günü haqqında” qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edilib.

 

Modern.az-ın məlumatına görə, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Qanun layihəsinə görə, Azərbaycanda 28 May - "Müstəqillik günü" və 18 Oktyabr - "Müstəqilliyin bərpası günü" adlandırılması təklif edilir.


İndiyə qədər Azərbaycanda 28 May Respublika günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr - Müstəqilliyin bərpası günü adlandırılacaq.

 

Müzakirələrdən əvvəl qanun layihəsi əsas kimi səsə qoyularaq qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv