Modern.az

18 Oktyabr qeyri-iş günü olmayacaq - Əli Hüseynli CAVAB VERDİ

18 Oktyabr qeyri-iş günü olmayacaq - Əli Hüseynli CAVAB VERDİ

Parlament

12 Oktyabr 2021, 11:57

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı səslənən məsələlərə aydınlıq gətirib.

Modern.az xəbər verir ki, sədr müavini dünənki çıxışlara toxunub: "Dünən 28 May - Müstəqillik günü və 18 Oktyabr - Müstəqilliyin bərpası gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil”.

Deputatın sözlərinə görə, sənəddə dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq. O bildirib ki, bu dəyişikliklər texniki xarakter daşıyacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı