Modern.az

“Bu tarixi bayram kimi qanunvericiliyə salmalıyıq”

“Bu tarixi bayram kimi qanunvericiliyə salmalıyıq”

12 Oktyabr 2021, 12:09

“Biz qanunvericiliyimizdə AXC-nin 23 ay mövcud olduğunu göstərsək də, ondan sonrakı mübarizələri unutmamalıyıq. Əgər unutsaq, biz bərpa prosesini şərtləndirə bilmərik".

 

Modern.az xəbər verir ki, bunu deputat Nizami Cəfərov parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.

 

Deputat bildirib ki, ərazi bütövlüyümüzün bərpası anlayışını da bayram kimi qanunvericiliyə salmalıyıq:

 

"Cümhuriyyət dövründə 110 kv. km-lik ərazidə dövlətimiz olub. Prezident İlham Əliyevin dediyi kimi ərazi bütövlüyü anlayışı hərəkətdə olan anlayışdır. Ona görə də ərazi bütövlüyü anlayışını da bayram kimi, qeyd kimi, yaddaş kimi qanunvericiliyə salmalıyıq. Bu tarix hələ yazılacaq. Bu tarix Prezident İlham Əliyevin yazmağa başladığı tarixdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi