Modern.az

Putin Paşinyanla nahar edəcək

Putin Paşinyanla nahar edəcək

12 Oktyabr 2021, 14:04

Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov görüş barədə məlumat verib.

 

“Görüş gününün 2-ci yarısı Kremldə Rusiya-Ermənistan əlaqələrinə həsr olunacaq. Putinlə Paşinyan arasında görüş, daha sonra isə nahar yeməyi olacaq”,- deyə Peskov söyləyib.

 

İki ölkə rəhbərinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti də müzakirə edəcəyi açıqlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?