Modern.az

İdmançımız Dubayda birinci oldu

İdmançımız Dubayda birinci oldu

12 Oktyabr 2021, 15:32

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan yeniyetmə soydaşımız Qacar Mirzə Dubay şəhərində  keçirilən “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb. 

 

15 yaşlı idmançı soydaşımız öz çəki dərəcəsində çempionatın birinci pilləsinə yüksəlmək üçün 3 döyüşdə, yarımfinalda və finalda müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib. 

 

Qeyd edək ki, Qacar Mirzə  11 may 2006-cı il tarixində Bakı şəhərində anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvando növləri ilə məşğul olub. Valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçən Qacar “Tiger kickboxing”  klubuna daxil  olaraq, Muay Tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib. Dəfələrlə kikboksinq və Muay Tay üzrə yarışlarda iştirak edib. 2019-cu ildə  BƏƏ-də  kecirilən “Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanıb. Cəmi iki il sonra idman aktivinə qızıl medal əlavə edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsi bu qələbə münasibətilə gənc idmançımızı təbrik edir, təhsilində və idman karyerasında davamlı nailiyyətlər qazanmağı arzulayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi