Modern.az

Tədqiqatçı-alimin səhhəti diqqətə alınıb

Tədqiqatçı-alimin səhhəti diqqətə alınıb

12 Oktyabr 2021, 17:01

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı  səhhətində yaranmış problemi diqqətdə saxladığına görə ölkə rəhbərliyinə təşəkkür edib.

Modern.az-ın məlumatına görə, G.Kazımlı deyib:

“Səhhətimlə bağlı göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm!”.

Xatırladaq ki, muğam tədqiqatçısı Gülhüseyn Kazımlı bir müddətdir ağır xəstəliklə bağlı kimyaterapiya müalicəsi almağa başlayıb.

Tədqiqatçı-alim görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir.

Son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirən G.Kazımlı “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrin koordinatoru olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü