Modern.az

Körpəsini öldürən ata hakim qarşısına çıxarıldı

Körpəsini öldürən ata hakim qarşısına çıxarıldı

12 Oktyabr 2021, 17:48

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 aylıq övladını qətlə yetirməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Vüsal Əliyevin məhkəmə prosesi başlayıb.

 

Modern.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Hadisə zamanı içkili olduğunu deyən V.Əliyev peşman olduğunu, özündə olmadığını, bilmədən belə bir əməl törətdiyini deyib.

 

Məhkəmənin baxış iclasının tarixi yaxın günlərdə təyin ediləcək.

 

Qeyd edək ki, hadisə bu il mayın 30-da da Binəqədi rayonunda qeydə alınıb. 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

 

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər