Modern.az

BMT-nin maşını Qaxda qəzaya düşdü - Yaralılar var

BMT-nin maşını Qaxda qəzaya düşdü - Yaralılar var

12 Oktyabr 2021, 19:49

Qaxda minik avtomobili motosikletlə toqquşub.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qax rayonu ərazisində baş verib.

 

Belə ki, Qaxdan Zaqatala rayonu istiqamətində hərəkətdə olan “Toyota” markalı minik avtomobili motosikletlə toqquşub.

 

Nəticədə motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, minik avtomobili BMT-nin Azərbaycandakı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) məxsusdur.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı