Modern.az

Aeroport yolundakı qəzada 21 yaralı,  5 ölü - YENİLƏNİB

Aeroport yolundakı qəzada 21 yaralı,  5 ölü - YENİLƏNİB

Hadisə

13 Oktyabr 2021, 09:14

Saat 09:00-a olan məlumata görə, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanların sayı 21-ə çatıb.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Modern.az-a verilən məlumata görə, qəzada yaralananlardan 11 nəfəri kişi, 10 nəfəri qadındır. Onlardan 8 nəfəri Klinik Tibbi Mərkəzə (KTM), 13 nəfəri 3 saylı Klinik Şəhər Xəstəxanasına çatdırılıb.

 

İlkin məlumata görə, qəzada ölənlər 5 nəfərdir. Əlavə məlumat veriləcək.

 

****

08:25

 

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində 20 nəfər xəsarət alıb.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Modern.az-a verilən məlumata görə, aeroport yolundakı qəzadan sonra saat 08:00-a qədər 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

 

Onlardan 7 nəfər Klinik Tibbi Mərkəzə (KTM), 13 nəfər 3 saylı Klinik Şəhər Xəstəxanasına (KŞX) çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir