Modern.az

Sürücü avtomobillə vurduğu piyadanın boğazını kəsdi

Sürücü avtomobillə vurduğu piyadanın boğazını kəsdi

13 Oktyabr 2021, 09:00

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinə oktyabrın 12-də Fin qəsəbəsi ərazisində Bala Bəhmənli kənd sakini M.Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə münaqişə zəminində qəsəbə sakini C.Quliyevi vurması, sonradan avtomobildən düşüb ona bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.

C.Quliyev xəstəxanaya yerləşdirilib.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əsədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir