Modern.az

Qəzaya səbəb olan “Mercedes” qeyri-qanuni fəaliyyət göstərib

Qəzaya səbəb olan “Mercedes” qeyri-qanuni fəaliyyət göstərib

Aktual

13 Oktyabr 2021, 09:30

Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.

 

Bunu Modern.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

 

N.Allahyarovanın sözlərinə görə, dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza “bir tikə çörəyi niyə kəsirsiz” ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik:

 

“Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus aşıb”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü