Modern.az

7 nəfərin vəziyyəti ağırdır- Qəza ilə bağlı SON MƏLUMAT

7 nəfərin vəziyyəti ağırdır- Qəza ilə bağlı SON MƏLUMAT

Hadisə

13 Oktyabr 2021, 09:45

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, 7 nəfərin vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub.

 

A.Əsgərlinin sözlərinə görə, qəza nəticəsində xəsarət alan digər şəxslərə ilkin yardım göstərilib.

 

“Polis əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çırpılıb. Hazırda yolun nəqliyyat vasitələri üçün açılması istiqamətində lazımi işlər görülür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü