Modern.az

İstilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlandı

İstilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlandı

13 Oktyabr 2021, 11:48

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb.

 

İdarədən Modern.az-a verilən məlumata görə, təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.

 

BŞTİ tərəfindən təhsil müəssisələrinin rəhbərlərinə yanğından mühafizə qurğularının, su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etmək tapşırılıb. Həmçinin qazanxanaların istismarı üzrə əməyin mühafizəsi baxımından lazımi təlimati tapşırıqlar verilir.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

 

Məktəblərin payız-qış mövsümünə hazırlıqları ilə bağlı məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır. Yerlərdən daxil olmuş məlumatlar, keçirilən monitorinqlər əsasında müəyyənləşdirilən çatışmazlıqlar aidiyyəti qurumlara təqdim edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir