Modern.az

Zəngəzur dəhlizi Ermənistanın 2 əsas problemini HƏLL EDƏCƏK

Zəngəzur dəhlizi Ermənistanın 2 əsas problemini HƏLL EDƏCƏK

13 Oktyabr 2021, 13:15

“Ya Cənubi Qafqazda bütün kommunikasiyalar açılacaq, ya da heç biri açılmayacaq”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Nikolay Silayev açıqlama verib. Ekspert kommunikasiyaların hansı istiqamətlərdə açılmalı olduğunu xatırladıb.

“Ötən ilin 9 noyabrında əldə olunmuş razılaşma əsasında bütün kommunikasiyaların açılması önəmlidir. Azərbaycanın qalan ərazisi ilə Naxçıvan arasında əlaqənin yaranması, Ermənistanın Xəzər sahili ilə Rusiya ilə əlaqə qurmasını nəzərdə tutur. Düşünürəm ki, bunu hər kəs anlayır”.

 

Nikolay Silayev Zəngəzur dəhlizinin açılması fonunda Ermənistan üçün hərbi təhlükə yaranması barədə tirajlanan fikirləri də əsassız adlandırıb. Onun fikrincə, kommunikasiyaların açılması, əksinə, Ermənistanın 2 ağrılı problemini həll edəcək.

“Azərbaycana Mehri rayonu üzərindən kommunikasiya verilməsi Ermənistanın İranla əlaqəsinin kəsilməsi anlamına gəlməli deyil. Digər tərəfdən, Azərbaycan ərazisindən tranzit zamanı hər hansı problem yaranarsa, Ermənistan hər vaxt həmin kommunikasiyanı kəsə bilər. Amma anlamalıyıq ki, kommunikasiyaların açılması ilk növbədə Ermənistanın öz maraqlarından gəlir. Moskva da bunu anlayır. Ermənistanın başlıca zəif geosiyasi nöqtələri – demoqrafiya və iqtisadiyyatdır. Həm də, hər iki faktor əsaslandırılıb. Xarici bazara çıxış əldə edərək Ermənistan iqtisadi artımı və müxafiq olaraq demoqrafiya və təhlükəsizliyini möhkəmləndirəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub