Arxiv
13 Oktyabr 2021, 14:34 | ƏDƏBİYYAT
Kəraməti şər qüvvələr yoldan çıxarır - AYB rəsmiləri niyə ona baş çəkmək istəmir?

Maştağadakı Narkoloji Dispanserdə məcburi müalicəyə cəlb edilən yazıçı Kəramət Böyükçöllə bağlı sosial şəbəkələrdə bəzi iddialar irəli sürülür. Hətta Azərbaycan Yazıçılar Birliyini içki asılılığı yaranmış Kəramətə sahib çıxmamaqda ittiham edənlər də var.



Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru  Rəşad Məcid isə bu iradları rədd edib və Modern.az-a deyib ki, Kəramət Böyükçöl qurumun üzvü deyil. Onun sözlərinə görə, hərdən Kəramət Böyükçölü sanki şər qüvvələr yoldan çıxarır:

 

“Bu yaxınlarda çox yaxşı kitab satışı etdi. Kəramət böyük uğur qazana bilər, amma özü buna mane olur.  Birdən nələr olursa, o, sanki şər qüvvələrlə yüklənir. Kəramətin dispanserdə müalicə olunacağına və vəziyyətinin yaxşılaşacağına ümid edirik”.

 

AYB katibi  Elçin Hüseynbəyli deyib ki, K.Böyükçöl bir müddət təkbaşına qalıb hərəkətlərini ölçüb-biçməli, düşünüb-daşınmalıdır:

 

“Kəramətin telefonu hazırda bağlıdır.  Atasıyla görüşmüşəm,  onun vəziyyətinin yaxşı olduğunu, müalicəsinin davam etdirildiyini söyləyib. Mən Kəramətlə görüşməyə cəhd etməmişəm. Həmin dispanser  qapalı zonadır, hər kəsi buraxırmırlar. Kəramət özü təkbaşına qalmalıdır, öz hərəkətləri barədə düşünməlidir ki, niyə belə edir, nə üçün edir?
Ona hansısa dəstək, tövsiyə heç biri rol oynamır, hər şey insanın öz iradəsindən asılıdır. Dəfələrlə Kəramətlə söhbət zamanı etdiyi  hərəkətlərin doğru olmadığını, sonunun yaxşı bitməyəcəyini demişik. Amma sonradan bu cür hərəktlər etməyi təəssüf doğurur”.

 

Qeyd edək ki, K.Böyükçöl son günlər sosial şəbəkədə canlı yayımlar açır, içkili vəziyyətdə təhqiramiz ifadələr işlədirdi. Bu səbbədən də məsələyə qarışan hüquq-mühafizə orqanlarının əməkdaşları onu məcburi müalicəyə cəlb ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv