Modern.az

Azərbaycan xüsusi təyinatlıları Şuşaya bu yolla irəliləyib - Ovannisyandan ETİRAF

Azərbaycan xüsusi təyinatlıları Şuşaya bu yolla irəliləyib - Ovannisyandan ETİRAF

13 Oktyabr 2021, 16:34

II Qarabağ Müharibəsi zamanı Ermənistanın təbliğat kampaniyasının əsas simalarından biri, Müdafiə Nazirliyinin rəsmi məlumatlarını bölüşən keçmiş mətbuat katibi Artsrun Ovannisyan uzun fasilədən sonra müsahibə verib.

 

Modern.az xəbər verir ki, keçmiş mətbuat katibi Şuşa və Hadrut döyüşləri barədə danışıb. Ovannisyan Hadrutun azad olunması zamanı Azərbaycan Ordusunun taktiki manevr işlədərək, hücumun ən az gözlənildiyi istiqamətdən qəsəbəyə daxil olduğunu etiraf edib.


O, həmçinin, Şuşanın azad olunması üçün Ordumuzun istifadə etdiyi marşrut barədə danışıb.

 

“Son vaxtlara qədər azərbaycanlıların Şuşaya hansı yolla irəlilədiyi sual altında idi. Amma aydın oldu ki, Hadrutdan Şuşaya gedən istiqamətdə hələ müharibədən öncə yol tikintisi başlanmışdı. Həmin yarımçıq tikilən yolla azərbaycanlı xüsusi təyinatlılar dağ-meşə massivlərini keçərək Şuşaya doğru irəliləyib”- deyə Ovannisyan açıqlama verib.

 

O, müharibə zamanı cəmiyyəti aldadan dezinformasiyalar yaydığını etiraf etsə də, bunun məsuliyyətini Ermənistan və Qarabağdakı qondarma rejimin hərbi rəhbərliyinin üstünə atıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı