Modern.az

Türkiyədə İran agentlərinə qarşı ƏMƏLİYYAT

Türkiyədə İran agentlərinə qarşı ƏMƏLİYYAT

Dünya

13 Oktyabr 2021, 20:24

Türkiyənin Van şəhərində İran ordusunun keçmiş zabitini qaçırmaq istəyən 8 nəfər həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və polis tərəfindən həyata keçirilib. Həbs edilənlərdən ikisinin İran agenti olduğu qeyd olunur.

 

Onların 30 min dollarlıq büdcə ilə Vanda şəbəkə formalaşdırmağa çalışdıqları təsbit olunub. Şəbəkə üzvləri iranlı casusların təlimatları ilə keçmiş iranlı hərbçinin həyat yoldaşına qaçırma əməliyyatına kömək etməsi üçün 10 min dollar təklif ediblər. Qadın kömək etməyəcəyi təqdirdə İrandakı ailəsinə zərər veriləcəyi ilə təhdid olunub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir