Arxiv
13 Oktyabr 2021, 22:41 | DÜNYA
Faciə zamanı Çernobıl AES-ə rəhbəri olan şəxs vəfat etdi

1986-cı ildə baş vermiş faciə zamanı Çernobıl Atom Elektrik Stansiyasına (AES) rəhbərlik edən Viktor Bryuxanov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə AES-in mətbuat xidməti məlumat yayıb.

 

84 yaşında vəfat edən Bryuxanov 1970-ci ildə Çernobıl AES-də vəzifəyə təyin edilib. O, əvvəlcə stansiyanın inşasına, daha sonra isə 1986-cı ilin aprelinə qədər stansiyaya rəhbərlik edib. Çernobıl AES-də baş vermiş partlayışdan sonra o, vəzifədən kənarlaşdırılıb.

 

Xatırladaq ki, Çernobıl AES-də faciə 26 aprel 1986-cı ildə baş verib, stansiyanın dördüncü enerji bloku partlayıb.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv