Modern.az

Dünyanın ən uzun qadını Türkiyədədir

Dünyanın ən uzun qadını Türkiyədədir

Dünya

13 Oktyabr 2021, 22:50

Türkiyənin Karabük bölgəsində yaşayan Rumeysa Gelgi dünyanın ən uzun qadını olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

 

Modern.az xəbər verir ki, Ginnes rəsmiləri Rumeysa Gelgiyə rekord sertifikatı təqdim edib və rekord internet saytında elan edilib.

 

2 metr 15 santimetr uzunluğunda olan Türkiyə vətəndaşı 1997-ci ildə anadan olub. Onun boyu 9 yaşında olarkən “Weaver” adlanan sindrom səbəbilə 2 metrdən bir qədər yuxarı olub.

 

Ginnesin saytında ingilis dilində müsahibə verən Gelgi adının rekordlar kitabına yazılmasından qürur duyduğunu bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi