Arxiv
13 Oktyabr 2021, 23:24 | DÜNYA
Türkiyədə daha 236 nəfər virusdan öldü

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 236 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 361 164 nəfərdən test götürülüb, onların 31 248-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 30 331 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88.09%-nə bir doza, 75,36%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv