Modern.az

Türkiyədə ağır qəza: 40 yaralı

Türkiyədə ağır qəza: 40 yaralı

14 Oktyabr 2021, 00:50

Türkiyənin Nevşehir bölgəsində şagirdləri daşıyan iki avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Qəza zamanı avtobuslardan biri traktora çırpılıb. Bu vaxt arxadan gələn digər avtobus isə qəzaya qarışmamaq üçün manevr edərkən yolun kənarına düşüb.

 

İlkin məlumata görə, qəza zamanı 40 nəfər yaralanıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!