Modern.az

BMU-da yüksək bal toplayan TƏLƏBƏLƏR

BMU-da yüksək bal toplayan TƏLƏBƏLƏR

Təhsil

14 Oktyabr 2021, 12:00

2021/2022-ci tədris ilində Bakı Mühəndislik Universitetini (BMU) seçən yüksək ballı tələbələrin sayında əvvəlki illərdə müqayisədə artım müşahidə olunub. Belə ki, cari tədris ilində BMU-nun bakalavr pilləsinə qəbul olan tələbələrdən 54 nəfəri 600-dən yüksək bal toplayıb.

 

Universitetdən Modern.az-a bildirilib ki, bu tələbələrdən 51 nəfəri Mühəndislik, 2 nəfəri Pedaqoji və 1 nəfəri isə Memarlıq və inşaat fakültəsinin payına düşür. 

 

BMU-ya yüksək balla daxil olan tələbələrin ən çox müraciət etdiyi İnformasiya texnologiyaları ixtisası olub. Belə ki, bu ixtisasa qəbul olan tələbələrin 40 nəfəri ingilis dili bölməsini, 3 nəfəri isə Azərbaycan bölməsini seçib. 

 

Yüksək ballı tələbələrimiz arasında ən yüksək bal toplayan Ayxan Tağıyev (660.9 bal) BMU-nun İnformasiya texnologiyaları ixtisasının ingilis dili bölməsinə daxil olub.

 

BMU-nun yüksək ballı tələbələri ilə bağlı ətraflı məlumatları aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: //beu.edu.az/az/page/249

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir