Arxiv
14 Oktyabr 2021, 13:00 | MƏDƏNİYYƏT
Polad Bülbüloğlunun özündən 12 yaş böyük olan keçmiş arvadı - Bela xanım vəfat etdi

SSRİ-nin xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib. 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, B. Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.
 

Qeyd edək ki, B. Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.

 

Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının solisti kimi çalışıb.
 

1992-ci ildə karyerasını başa vuran müğənni "Bolşoy" Teatrın İnkişaf Fonduna rəhbərlik edirdi.

Polad Bülbüloğlu və Bela Rudenkonın evlilik tarixçəsini araşdıran Modern.az-ın məlumatına görə, onlar vaxtilə SSRİ Xarici İşlər Nazirliyinin qəbul evindəki tədbirlərdən birində tanış olmuşdular.


Onda Polad Bülbüloğlunun 25 yaşı vardı, Bela Rudenkonun isə 37.

Polad Bülbüloğlu sonrakı xatirələrində özündən düz 12 yaş böyük olan məşhur opera müğənnisinin məftunedici görünüşü və tünd-qəhvəyi gözlərinin işıltısının onu dəli etdiyini bildirmişdi.

Beləcə, Bela Rudenko tanınmış müğənni və bəstəkar Polad Bülbüloğlu ilə tanış olur.

SSRİ mədəniyyəti tarixi boyu hələ heç bir opera müğənnisi 27 yaşında SSRİ xalq artisti adına layiq görülməmişdi. Bela Rudenko bu baxımdan yeganə və təkrarolunmaz sənətkar idi.

Bela Rudenko bu adı 1956-cı ildə Ukraynada Odessa Konservatoriyasını bitirdikdən 4 il sonra almışdı.

Hələ tələbə ikən Bela Rudenko Odessa Opera və Balet Teatrında debüt etmişdi. Mütəxxəsislər elə o məqamda gənc müğənninin qeyri-adi gözəlliyinə və güclü soprano səsinə valeh olmuşdular. Əla vokal məktəbi, musiqi istedadı, təmiz səsinin tembri Bela Rudenkonu o dövrün ən nəhəng müğənnilərindən birinə çevirdi. Konservatoriya məzunu dərhal Ukraynanın baş teatrına - Taras Şevçenko adına Kiyev Opera və Balet Teatrına dəvət edildi. 1957-ci ildə gənc vokalçı Moskvada keçirilən Gənclər və Tələbələrin VI Ümumittifaq Festivalının qalibi oldu Mükafat olaraq qızıl medal və Moskvada, Leninqradda, Riqada tanınmış italyan tenoru Tito Skipa ilə çıxış etmək hüququ qazandı. Vokalçıların müsabiqəsində münsiflər heyətinin üzvü olan senyor Skipa gənc müğənninin istedadına heyran oldu və beynəlxalq aləmdə tanınmasına yol açdı.
B.Rudenko SSRİ-dən əlavə cütlük bir sıra Avropa paytaxtlarında də konsertlər verdir.

Onda artıq ukranyalı opera müğənnisi Bela azərbaycanlı estrada ifaçısı Polada tanış olmuş və aralarında isti münasibətlər yaranmışdı.

Ona “Sovet primadonnası” və “Ukrayna bülbülü” ləqəbi vermişdilər. O vaxt şöhrətin olimpində olan xanım Rudenko tez-tez SSRİ respublakalarına və xarici ölkələrə qastrollara çıxır, televiziya ekranlarda görünürdü. Opera primaddonası haqqında məqalələr isə dünyanın yüzlərlə qəzet və jurnalını bəzəyirdi. Bütün bunlar isə Şərq üslubunca ehtiraslı və səxavətli davranan yaraşıqlı gəncin – Poladın heysiyyatına toxunur, qısqanclığına səbəb olurdu.

Bela Andreyevna Rudenkiya gənc və populyar müğənni Polad Bülbüloğlu ilə belə münasibətlər xoş gəlirdi. Bu artıq o zaman idi ki, ukraynalı gözələ aşiq olan azərbaycanlı gənc onun hansı xarici ölkədə qastrolda olmasının fərqinə varmadan sevgilisinə təyyarədə güllər yollayırdı.

Nəhayət müəyyən bir məqamda Bela Rudenkonun başı hərləndi və o, Polad Bülbüloğlu ilə nikaha girməyə razı oldu. Ateizm dövründə yaşadıqlarına görə, heç kəs gənc sevgililərdən dinlərini dəyişməyi - pravoslavlıqdan islama, yaxud əksini tələb etmədi. O vaxt yeni evlilər də bundan narahat deyildilər.

Tezliklə Bela xanım ərinə oğul bəxş etdi ki, bu da Poladı çox məmnun etdi. 1975-ci ildə doğulan oğlana Teymur adı qoyuldu.

Lakin Bela Rudenko səhnəsiz çox davam gətirə bilmədi. O övladını anasının himayəsində qoyub teatra qayıtdı, adi gündəlik qastrol turlarına başladı.

Bir müddət sonra ər-arvad münasibətlərində soyuqluq başladı. Buna baxmayaraq yetkin qadınla nikah bəstəkar-müğəni Polad Bülbüloğlunun yaradıcılığına öz töhfələrini verdi.

Bu evlilik 12 il sürdü...


Sonda iki məşhur müğənni ayrılmalı oldu. Boşanma ictimai qalmaqal xarakteri daşımırdı. O vaxtlar bu, dəbdə deyildi. Boşanma sakit və qarşlıqlı iddialar olmadan baş tutdu. Uşaq anası ilə qalsa da, Bela xanım oğluna atası ilə görüşməyə mane olmadı…

1988-ci ildə məşhur opera müğənnisi Bela Rudenko səhnəni tərk etməli oldu. O, vida benefisi və səs-küy olmadan getdi. Sadəcə sonuncu tamaşada oxuyub, ertəsi gün Moskva Böyük Teatrına gəlib pedaqoq kimi fəaliyyətə başladı. Opera səhnəsindəki çoxillik təcrübə Bela Rudenkoya gənc tələbələr üçün yüksək ixtisaslı müəllim olmağa imkan verdi.

Böyük Teatrdakı növbəti dəyişiklik nəticəsində Bela Rudenkoya opera truppasına rəhbərlik etmək təklif olundu.

“Poladla görüşdən və evlilikdən mən təəssüflənirəmmi?!. Xeyr, bu evlilik bizi qovuşduran gözəl vaxt idi. Sonradan sıfıra enən böyük məhəbbət idi. Allaha təşəkkür etmək lazımdı ki, belə bir xoş duyğunu hiss etməyə imkan verib. Hisslərin sönməsindən sonra baş verənləri isə olduğu kimi qəbul etmək lazımdı. Fikirləşirəm ki, həyatın müdrikliyi məhz bundadı”, - deyə Bela Rudenko Polad Bülbüloğlu ilə ailə həyatına dair xatirələrini danışarkən bildirmişdi...

Qeyd etdiyimiz kimi, 1975-ci ildə Polad Bülbüloğlu və Bela Rudenko evliliyindən bir oğlan doğulub – Teymur Bülbül. O, babası Bülbülün adını özünə soyad götürüb və bu ismi yaşadır.

Teymur valideynlərinin sənətinin davam etdirərək, həyatını musiqiyə bağlayıb.

O, professor Popovun rəhbərliyi altında Çaykovski adına Moskva Dövlət Konservatoriyasının faqot sinfini bitirib. 1996-cı ildə hələ Moskva Konservatoriyasının tələbəsi olarkən Teymur Çaykovski adına Akademik Orkestrdə fəaliyyətə başlayıb. İki ildən sonra Konservatoriyanı bitirərək, orkestrdə faqot sinifi üzrə konsertmeyster olub. Bu müddət ərzində o, orkestrin Rusiya və xarici ölkələrdəki çoxsaylı çıxışlarında iştirak edib. Orkestrdə konsertmeyster olduğu qısa müddət ərzində Teymur Bülbül yeni, orqanik faqot ansamblı yaradıb. Onun repertuarında simfonik orkestr üçün müxtəlif solo partiyalar var. Orkestrdəki fəaliyyəti ilə yanaşı, T.Bülbül müxtəlif proqramlarda iştirak edir.

Hazırda o, dünyaca məşhur dirijor Vladimir Fadeseyevin başçılığı altında Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin konsertmeysteri və Rusiyanın əməkdar artistidir.

Teymur Bülbül atası Polad Bülbüloğlu ilə əlaqələri heç vaxt kəsməyib və ata-oğul münasibətləri indi də normal olaraq davam edir. Onun hətta atasının ikinci aləsi, ögey bacı-qardaşı ilə də isti münasibətləri var, Teymur ailə tədbirlərində yaxından iştirak edir. 


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv