Arxiv
14 Oktyabr 2021, 13:46 | TƏHSİL
Bu ilin birinciləri - Onların arasında 5 və 14 yaşı olan da var

“Bu il birinci sinfə qəbul olunan şagirdlərin 33 226 nəfərinin 5 yaşı var”.

 

Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Nazirliyin məlumatında qeyd edilir ki, həmin şagirdlərin 15 sentyabr 2021 tarixinə kimi 6 yaşı tamam olmayıb:

 

“Lakin 31 dekabr 2021-ci il tarixində bu şagirdlərin hamısının 6 yaşı tamam olmuş olacaq”.

 

Təhsil Nazirliyi bu il birinci sinfə 5 yaşından kiçik heç bir şagirdin götürülmədiyini də bildirib:

 

"15 sentyabr 2021-ci il tarixinə qədər birinci sinfə qəbul üçün müraciət edən ən kiçik şagirdin yaşı 5-dir. Ən böyük birinci sinif şagirdinin yaşı isə 14-dür. Həmin şagird fərdi təhsilə cəlb olunub”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv