Modern.az

İki universitetdə koronavirus aşkarlandı - 4 qrupda dərslər dayandırıldı

İki universitetdə koronavirus aşkarlandı - 4 qrupda dərslər dayandırıldı

Təhsil

14 Oktyabr 2021, 14:10

Azərbaycanda iki universitetdə koronavirusa yoluxma halı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Pedaqoji Universitetinin (ADPU) 2 qrupunda tələbələr arasında koronavirus aşkarlanıb. Bu səbəbdən həmin qruplar 14 gün müddətində distant təhsilə keçib.

 

ADPU-nun mətbuat katibi Cavid Hüseynov Modern.az-a bildirib ki, yoluxma halı Fizika və Riyaziyyat, İncəsənət və Fiziki Tərbiyə fakültələrinin tələbələri arasında baş verib.

 

Analoji hal Azərbaycan Dillər Universitetində də baş verib. Belə ki, universitetin 2 qrupunda koronavirusa yoluxma halı aşkarlandığından qruplar distant təhsilə keçib.

ADU-nun mətbuat katibi Ağa Cəfərli saytımıza deyib ki, qruplarda yoluxma hallarının qeydə alınması ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı