Arxiv
14 Oktyabr 2021, 16:35 | HADİSƏ
Yoluxma artdı - Daha 11 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib, aktiv xəstə sayı 13 831 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, ötən müddət ərzində isə ümumilikdə 4 489 627 test aparılıb.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv