Arxiv
14 Oktyabr 2021, 17:46 | DÜNYA
Bu ölkədə xristianlarla müsəlmanlar arasında müharibə başlaya bilər

Livanın “Hizbullah” və “Amal” hərbi-siyasi təşkilatları birgə açıqlama yayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki qruplaşma bu gün paytaxt Beyrutda şiələrin etiraz aksiyası zamanı atəş açan tərəfin “Livan qüvvələri” təşkilatı olduğunu elan edib.

 

Livan şiələrini təmsil edən “Hizbullah” və “Amal” xristian maronitlərdən ibarət “Livan Qüvvələri”nin bu hadisəni qəsdən törətdiyini açıqlayıb. Hazırda Beyrutda hərbi gərginlik yaşanır.

 

Xatırladaq ki, 1975-1990-cı illərdə də Livanda müsəlman və xristian əhali arasında 100 mindən çox insanın həyatını itirdiyi vətəndaş müharibəsi yaşanmışdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv