Modern.az

\"Taliban\" Türkiyədən humanitar yardım istəyib

\

14 Oktyabr 2021, 20:07

"Taliban" Əfqanıstanda hərtərəfli bir hökumət qurmalıdır".

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada "Taliban" hərəkatının nümayəndələri ilə görüşdən sonra deyib.

 

O qeyd edib ki, danışıqlar zamanı Türkiyə qızların təhsili və qadınların işləməsi ilə bağlı tövsiyələr verib.

 

Çavuşoğlu bildirib ki, "Taliban" öz növbəsində Ankaradan humanitar yardım göstərməyə və Əfqanıstana sərmayə qoymağa davam etməsini istəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi