Arxiv
14 Oktyabr 2021, 21:07 | DÜNYA
Belarusda referendum bu tarixdə keçiriləcək

Belarusun yenilənmiş konstitusiyasının qəbulu ilə bağlı referendumun 2022-ci ilin fevral ayının sonunda keçirilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus Milli Məclisi Respublika Şurasının (yuxarı palata) sədri Natalya Koçanova məlumat verib.

 

O, konstitusiya layihəsinin tamamlandığını bildirib. Parlamentin yuxarı palatasının rəhbəri xatırladıb ki, Konstitusiya Komissiyası Belarusun prezident respublikası olaraq qalması barədə yekdil fikrə gəlib.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv