Modern.az

Erməni silahlı dəstələri arasında ATIŞMA - Ölənlər var

Erməni silahlı dəstələri arasında ATIŞMA - Ölənlər var

Qarabağ

14 Oktyabr 2021, 23:36

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb.

 

Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.

 

"Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", - dəyə Nazirlik qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür