Modern.az

Türkiyəyə 3,1 milyard avro kredit veriləcək

Türkiyəyə 3,1 milyard avro kredit veriləcək

Dünya

15 Oktyabr 2021, 00:15

Paris İqlim Sazişi qüvvəyə mindikdən sonra, anlaşma çərçivəsində müəyyən edilmiş təmiz enerji hədəflərinə çatmasına kömək etmək üçün Türkiyəyə 3.1 milyard avro kredit veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi müqavilə ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

 

Kredit Dünya Bankı, Fransa və Almaniya tərəfindən maliyyələşdirəcək.

 

Mənbələr kreditin 2 milyard avroluq hissəsinin Dünya Bankı, təxminən 1 milyard avroluq hissənin Fransa, 200 milyondan çoxunun Almaniya tərəfindən veriləcəyini bildirib.

 

Paris İqlim Sazişi Türkiyə Böyük Millət Məclisi tərəfindən keçən ay təsdiqlənib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir