Arxiv
15 Oktyabr 2021, 08:32 | ƏDƏBİYYAT
Xəstə təfəkkürün “pripiska”sı - Sabiq səfir YAZDI

Vilayət Quliyev


Bəlkə də indiki gənclər bilmir - sovet dövründə "pripiska" deyilən yalan üsulu, yaxud ictimai bəla vardı. “Pripiska” - istehsalla bağlı rəqəmləri şişirtmək, bu yolla da həm çox yaxşı işlədiyini göstərmək, həm də dövlətdən əlavə vəsait qoparmaq məqsədi daşıyırdı.


İkinci Qarabağ Müharibəsinin erməni tərəfdən tarixi də başdan-başa “pripiska”dır. Deməli, iiddia olunur ki, "Azərbaycanın nəzarətinə keçən ərazilərdə 2000-dən çox erməni tarixi abidəsi qalıb (görünür, apara bilmədikləri unitazları da bura daxil ediblər)”.

Guya onların arasında 122 kilsə, 52 qala, 13 monastır kompleksi, 523 xaçkar var.

Yeri gəlmişkən, "tarixi abidə" dedikləri xaç daşını sex üsulu ilə düzəldib "qədimləşdirmək" üçün bir neçə gün kifayətdir. Cəbrayıldakı gülünc daxmanın timsalında "tarixi abidə" dedikləri 2-3 il əvvəl qondarılan kilsənin nə demək olduğunu da gördük.

Amma nə qədər fikirləşirsən, bu iki min abidənin harada olduğunu təsəvvür edə bilmirsən. Görünür, yaşadıqları uçuq-sökük evlərin hamısı hansısa Tiqranın, yad Trdatın dövründən qalmış "abidələr" imiş...

Yenə "Azərbaycanın nəzarətinə keçən ərazilərdəki" 12 muzeydə qalmış 20 mindən çox eksponatın taleyindən narahatlıq ifadə olunur. Pah atonnan! Sən demə hər erməni kəndi Luvr, ya da Ermitaj imiş ki! Və yəqin hər şagird dəftəri də qiymətli eksponat sayılırmış. Xəstə təfəkkürün “pripiska”sı da belə olur.

Ayrı necə ola bilər?

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv