Modern.az

DTX onları axtarır - SİYAHI

DTX onları axtarır - SİYAHI

15 Oktyabr 2021, 08:40

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda ağır və xüsusi ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin axtarışını da aparır.


Modern.az
 DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, xüsusi xidmət orqanımız hazırda 10 xüsusi təhlükəli cinayətkarın axtarışını davam etdirir.

 

Əslən Xaçmaz rayonundan olan Xətayi Balaşa oğlu Əliyev (29 iyun 1991-cü il). O, Azərbaycan Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 177.2.4 və 271.3-cü maddələri ilə axtarılır.

 

Ukraynanın Odessa vilayətində anadan olmuş Andrey Zaborski (22 mart 1968-ci il). O, Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə axtarılır.

 

4 yanvar 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Elçin Camalov Zakir oğlu . Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29,120.2.3, 29,120.2.11, 228.3, 232.3.2 və 279.3-cü maddələri ilə axtarılır.

 

4 fevral 1981-ci ildə anadan olan Moldova vətəndaşı Oleq Kazanqiu. Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə beynəlxalq axtarışa verilib.

 

19 dekabr 1989-cu ildə doğulan Rövşən Məmmədli Rasim oğlu . Cinayət Məcəlləsinin 12.3,214.2.1, 12.3,214.2.3, 12.1,218.2 və 12.1,279.1-ci maddələri ilə axtarışdadır.

 

Moldovalı İon Sekrieru 19 may 1975-ci ildə anadan olub. Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə axtarışa verilib.

 

Elnur Cəfərov Şəmsəddin oğlu 16 iyun 1978-ci ildə Ağdam rayonu Seyidli kəndində anadan olub. O, Cinayət Məcəlləsinin 206.4, 228.3, 228.4 və 279.1-ci maddələri ilə axtarılır.

 

İqor Velikoqlo 22 oktyabr 1976-ci ildə Moldovada dünyaya gəlib. Velikoqlo Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə axtarılır.

 

30 may 1977-ci ildə Şamaxıda anadan olan Ruhin Nuriyev Nizami oğlu Cinayət Məcəlləsinin 279.3-cü maddəsi ilə axtarışdadır.

 

9 iyul 1984-cü il təvəllüdlü Babək Hamzayev Zəkəryə oğlu Qaxın Cəlayir kəndində doğulub. O, Cinayət Məcəlləsinin  279.3-cü maddəsi ilə axtarılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi