Modern.az

Azərbaycanda alimin dissertasiyası plagiat çıxdı - elmi dərəcəsi ləğv olundu

Azərbaycanda alimin dissertasiyası plagiat çıxdı - elmi dərəcəsi ləğv olundu

Təhsil

15 Oktyabr 2021, 10:00

Elmi dərəcə üçün müraciət edən alimin dissertasiya işi plagiat çıxıb.

 

Modern.az xəbər verir ki, bunu Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev "Xalq" qəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, komissiya şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir:

 

"Azərbaycanda Ali Attestasiya Komissi­yasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib. Xarici ölkədən bizə daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırdıq. Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı.

 

Onu da qeyd edim ki, komissiya elmi dərəcədən və ya elmi addan məhrum edil­miş şəxsin elmi dərəcəsini və ya elmi adını qanuni əsaslar olduğu halda bərpa edir və elmi dərəcədən və ya addan məhrumetmə məsələlərinə diplom və ya attestatın verildiyi tarixdən on il keçdikdən sonra baxmır".

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi