Arxiv
15 Oktyabr 2021, 11:19 | PARLAMENT
Parlament Prezident və xanımına MƏKTUB göndərəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif irəli sürülüb.

 

Modern.az-ın xəbərinə görə, sədr Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyevə və Mehriban Əliyevaya Milli Məclis adından müstəqilliyin bərpa olunduğu 18 Oktyabr münasibəti ilə məktublar imzalansın.

Sədr qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli liderin siyasətini uğurla davam etdirir:

“Prezidentimizin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada daha böyük uğurlara imza atacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edilib”.

 

Təklif qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv