Modern.az

8 aylıq xarici ticarət əlaqələrimiz - İranın PAYI

8 aylıq xarici ticarət əlaqələrimiz - İranın PAYI

İqtisadiyyat

15 Oktyabr 2021, 11:48

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20100,1 milyon ABŞ dolları təşkil edib.

 

Rəsmi məlumata görə, ticarət dövriyyəsinin 12750,6 milyon dollarını və ya 63,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 7349,5 milyon dollarını (36,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 5401,1 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,3 faiz artıb, real ifadədə isə 4,1 faiz, o cümlədən idxal 9,8 faiz azalıb, ixrac isə 0,1 faiz artıb.

 

2021-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 37,4 faiz, real ifadədə 24,3 faiz artaraq 1584,5 milyon dollar təşkil edib.

 

Bildirilib ki, əsasən ixracın 37,8 faizini İtaliyaya, 13,6 faizini Türkiyəyə, hər biri 4,2 faiz olmaqla Xorvatiya və Rusiyaya, 4,0 faizini İspaniyaya, 3,8 faizini Hindistana, hər biri 3,6 faiz olmaqla Gürcüstan və İsrailə, 2,7 faizini Tunisə, hər biri 2,4 faiz olmaqla Ukrayna və Portuqaliyaya, 2,2 faizini Birləşmiş Krallığa, 1,7 faizini Almaniyaya, 1,6 faizini İsveçrəyə, 1,1 faizini Kanadaya, hər biri 1,0 faiz olmaqla Tailand, Yunanıstan, Çin və Belarusa, 7,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,0 faiz), Türkiyəyə (25,7 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,6 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,4 faiz), Belçikaya (1,3 faiz), Braziliyaya (1,1 faiz), Birləşmiş Krallığa (1,1 faiz) göndərilmiş malların payı üstün olub.

 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 15,4 faizi Türkiyə, 13,7 faizi Çin, 5,9 faizi Almaniya, 4,1 faizi ABŞ, hər biri 4,0 faiz olmaqla İtaliya və Ukrayna, 3,2 faizi İran, 2,7 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,8 faizi Fransa, 1,6 faizi Braziliya, 1,4 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Vyetnam və Polşa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

 

2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 36,9 faiz, kartof – 12,9 faiz, şəkər – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 17,2 faiz, meyvə və tərəvəz konservləri – 18,3 faiz, pambıq lifi – 1,6 dəfə, polietilen – 1,0 faiz, pambıq ipliyi – 2,2 dəfə, qara metallardan yarımfabrikatlar – 9,1 dəfə, qara metallardan borular – 7,6 faiz artmış, təzə tərəvəz ixracı isə 20,7 faiz, bitki yağları – 5,8 faiz, çay – 19,0 faiz, tütün – 34,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 29,7 faiz, emal olunmamış alüminium – 40,7 faiz, bentonit gili – 6,3 faiz azalıb.

 

2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2021-ci ilin yanvar-avqust aylarında xam şəkər və şəkər idxalı 5,7 faiz, çay - 6,0 faiz, kartof - 13,5 faiz, təzə tərəvəz - 41,3 faiz, minik avtomobilləri - 1,7 dəfə, dərman vasitələri - 0,8 faiz, hesablama maşınları, blok və qurğuları - 19,7 faiz, yük avtomobilləri - 1,9 dəfə, rezin şinlər - 40,4 faiz, mebellər - 35,8 faiz, məişət kondisionerləri - 1,3 faiz, paltaryuyan maşınlar - 39,1 faiz, avtobuslar - 13,9 faiz, məişət soyuducuları - 27,4 faiz artmış, buğda idxalı isə 30,3 faiz, bitki yağları - 3,3 faiz, təzə meyvə - 2,1 faiz, kərə yağı, digər süd yağları və pastaları - 15,0 faiz, quş əti və onun əlavə məhsulları - 14,1 faiz, mal əti - 43,4 faiz, siqaretlər - 17,5 faiz, qara metallardan borular - 31,1 faiz, polad prokatı - 39,7 faiz, mineral gübrələr - 54,3 faiz, qara metallardan çubuqlar - 70,5 faiz, polietilen -33,5 faiz, qara metallardan künclüklər - 30,5 faiz, sement və sement klinkerləri - 18,9 faiz azalıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?