Modern.az

NATO-nun Türkiyə QISQANCLIĞI: Brüssel Ankaranın gücə çevrilməsini istəmir

NATO-nun Türkiyə QISQANCLIĞI: Brüssel Ankaranın gücə çevrilməsini istəmir

15 Oktyabr 2021, 12:47

1949-cu ildə Sovet İttifaqı və kommunizm təhlükəsinə qarşı yaradılmış Şimali Atlantika Alyansı (NATO) struktur dəyişikliyi və daxili parçalanmadan əziyyət çəkir.

                                                               

Modern.az “National Interest”a istinadən xəbər verir ki, NATO-da mövcud olan problemi Baş katib Yens Stoltenberq bir cümlə ilə ifadə edib.

“Rəqəmlərə baxın: NATO-nun müdafiə xərclərinin 80%-i Avropa Birliyinə daxil olmayan üzvləri tərəfindən ödənilir”.

 

Beləliklə, NATO-nun büdcəsində əsas pay sahibləri ABŞ, Böyük Britaniya və Türkiyə hesab olunur. Digər tərəfdən, Avropa Birliyinə həmin ölkələrin hər birinin öz strateji xətti və məramları var.

 

NATO-nin bütövlüyünə təsir edən əsas amillərdən biri Türkiyə məsələsidir. İki il əvvəl prezident Rəcəb Tayyip Ərdoğan Rusiyadan S-400 zenit-raket sistemləri alanda Avropa bunu narahatlıqla qarşılasa da, ötəri problem sayırdı. Amma həmin sövdələşmənin ardınca, Ankara artıq ikinci S-400 sistemini almaq barədə danışıqlar aparır, Moskva ilə reaktiv hərbi təyyarə və sualtı qayıq istehsalı planları qurur. Ərdoğanın Rusiyadan S-400 alması NATO-nun ona analoji silahları satmaqdan və həmin silahların istehsal texnologiyası ilə bölüşməkdən imtina etməsinə görədir. Suriya, İraq və Rusiya ilə eyni regionda yerləşən Türkiyə öz təhlükəsizliyindən narahat olduğu üçün bu addımı atıb.

 

Ərdoğan NATO-nun hər hansı təhlükə zamanı müttəfiqi kimi Türkiyəyə hər hansı yardım edəcəyinə şübhə ilə yanaşır və onların müxtəlif bəhanələrlə bundan yayınacağını düşünür. Ukraynaya dronlar satması və Qafqazda göstərdiyi əsaslı dirəniş Türkiyə liderinin Moskvanın maraqlarını da bütün istiqamətlər üzrə nəzərə almayacağını göstərir. Türkiyənin dövlət maraqları olan yerdə Ankara nə NATO-ya, nə də Rusiyaya güzəştə getmir.

 

Bu fonda Fransa ilə Yunanıstan müdafiə paktı imzaladı. Həmin müqaviləni Yunanıstan baş naziri Kiriakos Mitsotakis Aralıq dənizində “Avropa dəyərlərinin” qorunması yolunda addım kimi dəyərləndirmişdi. Pakt ehtiyac yarandığı halda tərəflərin bir-birinə arsenalında olan bütün silah və vasitələrlə özlərinə dəstək verməsini nəzərdə tutur.

 

Müqavilənin NATO üzrə müttəfiq ölkə - Türkiyəyə qarşı yönəldiyi açıqlanmadı. Fransa prezidenti Emmanuel Makron müqaviləyə qol çəkməklə, NATO-nun rolunu Avropa və Atlantik okeanı hövzəsi ilə məhdudlaşdığını göstərmək istədi. Parisin bu yanaşması isə Vaşinqton və Londonun xoşuna gəlmir. Çini regional deyil, qlobal təhlükə görən ABŞ Avropadakı müttəfiqlərinin Hind okeanı-Sakit okean hövzəsində aktiv olmasını, buradakı müttəfiqləri – Yaponiya, Cənubi Koreya və Fillipinlə sıx əlaqələr qurmasını istəyir. Avstraliya ilə ABŞ və Böyük Britaniyanın imzaladığı müqavilə də məhz buna xidmət edir.

 

Alyans daxilindəki fikir ayrılıqları hələlik onun parçalanması üçün əsas yoxdur. Bundan başqa, NATO-ya üzv 30 ölkədən heç biri hərbi bloku tərk etməyi düşünmür. 72 il ərzində dərin və etibarlı infrastruktur quran blok u qarşıda uzunmüddətli strategiya qurması üçün uzun yol gözləyir. Amma AUKUS və Fransa-Yunanıstan paktı artıq NATO daxilində ittifaqların qurulmasından və gələcək prolbemlərdən xəbər verir.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır