Arxiv
15 Oktyabr 2021, 14:22 | TƏHSİL
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində tədris ilinin əvvəlinə bakalavr və magistr səviyyələrində xarici ölkələrin 5256 vətəndaşı təhsil alır. Onların 718-i MDB ölkələrinin, 4538-i isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, İran, Çin və İraq vətəndaşları üstünlük təşkil edirlər.

 

Modern.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2019/2020-ci tədris ilində 4688 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2000/2001-ci tədris ilində isə 1870 nəfər olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv