Arxiv
15 Oktyabr 2021, 16:50 | AKTUAL
Qaz xətləri yenilənir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Şəmkir Regional qaz istismarı İdarəsinin Qazax xidmət sahəsi tərəfindən istismar müddəti başa çatan yeraltı qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir. Ağstafa rayonunda da korroziyaya uğrayan yeraltı qaz xətlərinin yenilənməsi işləri icra olunur. Yeni xətlər hazır olduqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq.

 

Bundan əlavə Qaradağ rayonu, Sahil qəsəbəsində on min abonentin qaz təchizatı yaxşılaşdırılır. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi tərəfindən diametri 325 mm olan korroziyaya uğramış yeraltı qaz xətti diametri 315 mm olan yeni polietilen boru ilə əvəzlənib. Kəmərdə qaz təzyiqinin tənzimlənməsi üçün kollektor və ölçü qovşağı quraşdırılıb. Qaz istehlakçılarını normal təzyiqdə təbii qazla təmin etmək üçün ölçü qovşağında tənzimləyici qurğular quraşdırılıb.

 

Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.

 

Görülən işlərlə bağlı video materiallarla soail şəbəkə ünvanımızdan tanış ola bilərsiz:

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv