Modern.az

Kiyevdə Vətən müharibəsi ilə bağlı AKSİYA

Kiyevdə Vətən müharibəsi ilə bağlı AKSİYA

Diaspor

15 Oktyabr 2021, 17:00

 

Diasporla İş üzrə Dövlət Komitəsinin və Gənclər Fondunun dəstəyi, Ukrayna Azərbaycanlıları Radasının və Azərbaycan Tələbə və Məzunlar Platformasının birgə təşkilatçılığı ilə Kiyev şəhərində aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, Ukrayna paytaxtının “Azadlıq” meydanında baş tutan aksiya Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətləri, erməni vandalizmini və müharibədən sonra regionda yaranmış yeni siyasi reallığı bir daha dünya ictimaiyyətinə çatdırmaq məqsədilə gerçəkləşdirilib.

 

“Qarabağ Azərbaycandır!” şüarını, Azərbaycanın və Ukraynanın dövlət bayraqlarını nümayiş etdirən aksiya iştirakçıları müharibənin mülki insanlara, xüsusilə yeniyetmə və uşaqlara ağır təsirləri, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə paytaxt sakinlərini məlumatlandırıblar. Vətən müharibəsi həqiqətlərini, işğal dövründə erməni qəsbkarlarının Azərbaycanın mədəni irsinə, təbiətinə və  mülki əhalisinə qarşı törətdiyi cinayətləri əks etdirən bukletlər paytaxt sakinlərinə paylanılıb. Kiyev sakinləri ölkəmizi dəstəklədiklərini, Azərbaycan-Ukrayna dostluğuna sadiq olduqlarını bildiriblər. 

 

Sonda aksiya iştirakçıları xalqımıza böyük Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna minnətdarlıq bildiriblər, şəhidlərimizi ehtiramla yad edib, qazilərimizə sağlıq arzulayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır