Modern.az

Qanunsuz ov edən cəzalandırıldı

Qanunsuz ov edən cəzalandırıldı

15 Oktyabr 2021, 18:45

Çöl ördəklərini qanunsuz ovlayan və onları nümayiş etdirərək əcnəbiləri ov etməyə çağıran şəxslə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

 

Bu barədə Modern.az Xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.

 

Onun sözlərinə görə, həmin şəxsin İmişli şəhər sakini Razi Səmədov olduğu müəyyən edilib.

 

Xidmət rəisi bildirib ki, faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndəriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir