Modern.az

Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək

Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək

15 Oktyabr 2021, 22:17

ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin Ukraynaya səfəri çərçivəsində bu ölkənin prezidenti Volodimir Zelenski və müdafiə naziri Andrey Taranla görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayb.

 

Məlumata görə, Pentaqon rəhbərinin Gürcüstana səfəri zamanı baş nazir İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşü planlaşdırılır.

 

Pentaqon bildirib ki, səfər Ukraynanın Avroatlantik istəklərini dəstəkləmək üçün lazım olan islahatları həyata keçirməkdə əldə etdiyi uğurları müzakirə etmək üçün fürsət olacaq.

 

Akif İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir