Arxiv
15 Oktyabr 2021, 22:40 | AKTUAL
Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR  

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanındakı gömrükdən 200 kq-dan çox Türkiyə istehsalı olan müxtəlif geyimləri öz üzərlərində və baqajlarında qanunsuz yollarla keçirmək istəyən iki Azərbaycan vətəndaşı saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.

 

Məlumata görə, azərbaycanlılar İstanbul-Sankt-Peterburq aviareysi ilə gəlib və qanunla müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədən keçirmək istəyiblər.

 

Lakin gömrük baxışı zamanı Azərbaycan vətəndaşlarına məxsus çantalarda bəyan edilməyən 465 adda geyim aşkarlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv