Arxiv
16 Oktyabr 2021, 10:53 | HADİSƏ
Ticarət mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində baş verən yanğın haqda daha bir məlumat yayıb. 

 

Modern.az xəbər verir ki, Nazirlik yanğının detalları barədə məlumat verib.

Yanğın barədə siqnalı səhər 08:52-də daxil olduğu və əraziyə dərhal yanğınsöndürmə qüvvələrinin cəlb edildiyi açıqlanıb.

 

“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib”.

 

Hazırda yanğının söndürüldüyü bildirilir.

 

XXX

Bakının Nərimanov rayonunda yanğın başlayıb.

 

Modern.az xəbər verir ki, yanğın Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

 

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv