Modern.az

Mahir Qabiloğlu medalla təltif olundu

Mahir Qabiloğlu medalla təltif olundu

16 Oktyabr 2021, 10:32

Yazıçı, publisist, jurnalist Mahir Qabiloğlu medalla təltif olunub. Modern.az xəbər verir ki,  “Azərbaycan Sərhəd mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsiylə bağlı müvafiq əmri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev imzalayıb.

 

Mahir Qabiloğluya medalı Xidmət rəisinin müavini, general-leytenant Əfqan Nağıyev təqdim edib.

 

Saytımıza açıqlamasında Mahir Qabiloğlu qeyd edib ki, 1985-1987-ci illərdə Sərhəd Qoşunlarında xidmət edib. Sonrakı illərdə AzTV-nin “Xəbərlər” proqramının müxbiri kimi sərhəd sahəsində əldə edilən nailiyyətləri, keçirilən tədbirləri mütəmadi olaraq işıqlandırıb. Qəzet və saytlarda sərhədçilər və sərhəd həyatı haqqında silsilə müəllif yazılarıyla çıxış edib. Bu fəaliyyətinin nəzərə alınıb qiymətləndirildiyinə görə o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə minnətdarlığını bildirib. Müqəddəs və toxunulmaz sayılan dövlət sərhədlərimizin qorunmasında doğma saydığı sərhəd qoşunlarının general, zabit, əsgər heyətinə böyük uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!